Satış və distribusiya, sahədən ofisə qədər
Həllərimizi ayrıca da, birlikdə də işlətmək olar, hamısı eyni məlumat bazasındadır. Bəzi şirkətlər sahə satışından başlayır, bəziləri anbar və maliyyədən.
Satış və distribusiya avtomatlaşdırması
Sifariş, nağd yığım və anbar üzləşdirməsi telefonda qeydə alınır və dərhal ofisdə görünür.
- Bütün əsas əməliyyatlarSifariş, isti (van) satış, qaytarma, nağd yığım, anbar transferi və mal tələbi.
- Avtomatik qiymət və kampaniyaMüştəri və qrupa xas qiymətlər, endirim və hədiyyə qaydaları satış anında tətbiq olunur.
- Sifariş təklifləriSatış tarixçəsinə görə hazır səbət, tövsiyə olunan miqdar və satışdan düşən SKU barədə xəbərdarlıq.
- Real vaxtda üzləşdirməTam və qismən ödənişlər qaimələrlə dərhal üzləşir, kredit şərtləri izlənilir.


Sahə əməliyyatları və merçendayzinq
Vizitlər, tapşırıqlar və fotolar plan üzrə izlənilir.
- Marşrut və vizit planıHəftəlik və çoxhəftəlik marşrutlar, geo-məhdudiyyət, plandan kənar vizitlər üçün təsdiq.
- Rəf auditi və sorğularRəf payı, planoqram, promo və rəqib qiymətlərinin yoxlanışı, nəticələr ballarla KPI-ya çevrilir.
- Foto sübut və tapşırıqlarMərkəzi foto qalereya, gündəlik "storilər" və fotodan bir kliklə tapşırıq.
- Sahə aktivləriSoyuducu, kuler və stendlər üçün sorğu, yerləşdirmə, audit, təmir və qaytarma.


Ofis əməliyyatları və ERP
Satış, anbar, satınalma, logistika, maliyyə və mühasibatlıq sahə ilə eyni bazada aparılır, heç nəyi iki dəfə daxil etmək lazım gəlmir.
- Satış və kampaniyaSifariş, faktura, endirim və hədiyyə mexanizmi.
- Anbar və logistikaQalıq, inventarizasiya, çatdırılma paketləri.
- SatınalmaSifarişdən fakturaya, dövri xidmət alışları.
- Maliyyə və mühasibatlıqMaya dəyəri, kassa-bank, mənfəət və balans.

Komanda idarəetməsi
Superviser və menecerlər komandanın işini izləyir, gözləyən sorğuları təsdiqləyir.
- Canlı izləməƏməkdaşların xəritədə yeri, gün ərzində əməliyyatları və planların statusu.
- Təsdiq axınlarıPlandan kənar vizit, risk limiti, qaytarma və yüksək məbləğli sifarişlər.
- Tapşırıq avtomatlaşdırmasıGecikmiş vizit, itkin aktiv və ya çeklist nəticəsi olanda sistem qaydaya görə özü tapşırıq yaradır.
- Ofis iş idarəçiliyiDaxili layihələr, Kanban lövhəsi və şöbələrarası sorğular.


Hesabatlıq və analitika
Hesabatlar ofis və sahə məlumatlarından eyni bazada hazırlanır, ona görə rəhbərlik vəziyyəti ay sonunu gözləmədən görür.
- Satış və müştəri analiziQross, endirim, qaytarma və net satış; məhsul reytinqi, müştəri payı.
- Borc yaşlandırması1–15, 16–30, 31–45 və 45+ gün üzrə risk bölgüsü və ən böyük debitorlar.
- Əməkdaş nəticələriPlan-fakt, marşrut statistikası və gündəlik dinamika.
- Excel ixracıHər hesabat bir kliklə ixrac olunur, təkrarlanan hesabatlar e-poçtla göndərilir.

Nəzarət və uyğunluq
Satış və maliyyə nəzarətləri bir dəfə qurulur və avtomatik işləyir. Qaydaları proqramçı olmadan dəyişmək olar.
Risk limiti
Müştəri təsdiqlənmiş limiti aşanda sifariş bloklanır və ya xəbərdarlıq edilir.
Ödəniş planı
Razılaşdırılmış ödəniş qrafikindəki gecikmə qaydaları avtomatik tətbiq olunur.
Müştəri bloklaması
Bloklanmış müştəriyə yeni sifariş verilmir, nağd yığım və qaytarma isə davam edə bilər.
Məkan məhdudiyyəti
Sifariş, qaytarma və nağd əməliyyat yalnız müştərinin olduğu yerdə aparıla bilər.
Satış məhdudiyyətləri
Miqdar limiti, məhsul bloklaması, maksimum sifariş məbləği və qaytarma qaydaları.
Dövr bağlanışı və audit
Keçmiş dövrlər kilidlənir, hər əməliyyat audit jurnalına yazılır.
Həllərimizin əsasında duran məhsullar
Hər iki platforma eyni məlumat qatından istifadə edir. Əsas məlumatlar, qiymətlər, nəzarət qaydaları və icazələr bir dəfə qurulur və hər ikisində işləyir.
Hansı həlldən başlayacağınızı birlikdə seçək
Canlı nümayiş, pilot layihə və ya texniki görüş təşkil edə bilərik.
