DigiTayqa: distribusiya şirkətləri üçün ERP

Satış, anbar, satınalma, logistika, maliyyə və mühasibatlıq bir bazada aparılır, eyni məlumatı iki dəfə daxil etmək lazım gəlmir. Bu distribusiya ERP proqramı sahədəki TayqaSale ilə eyni qaydalarla işləyir.

DigiTayqa satış ekranı
Modullar

Ofisin bütün əməliyyatları bir sistemdə

Satış

Sifariş, faktura, isti satış, qaytarma; satış və yığım hədəfləri.

Anbar

Giriş-çıxış, transfer, inventarizasiya, iki qiymətləndirmə üsulu.

Kampaniya

Endirim və hədiyyə qaydaları sahədə avtomatik tətbiq olunur.

Logistika

Nəqliyyat, çatdırılma paketləri, toplu fakturalama, çap formaları.

Satınalma

Mal və xidmət alışı, qaytarma, dövri xərclər.

Maliyyə

Kassa-bank, xərc bölgüsü, maya dəyəri (FIFO, LIFO, orta).

Mühasibatlıq

Hesablar planı, jurnal, mənfəət-zərər və balans hesabatları.

Çağrı mərkəzi

Müştəri zəngləri və dəstək xidməti.

Təməl

Məlumat, qiymət və nəzarət qaydaları bir yerdə

Əsas məlumatlar

  • Təşkilat, filial, anbar, şöbə, əməkdaş
  • Kassa, bank, ödəniş planları, çoxvalyutalılıq
  • Məhsul, vahid, qiymət siyahısı, cari hesablar

Çevik qiymət modelləri

  • 3 səviyyəli qiymət: müştəri, qrup, standart
  • FIFO/LIFO əsaslı qaytarma qiyməti
  • Son alış qiymətinə görə avtomatik

Nəzarətlər

  • Risk limiti, ödəniş planı, açıq balans
  • Mənfi qalıq və keçmiş satışa qaytarma nəzarəti
  • Dövr bağlanışı və əməliyyat kilidi

Kod yazmadan sazlanır: avto-nömrələmə, yuvarlaqlaşdırma, xərc bölgüsü və hesab qaydalarını hər şirkət özü qurur. Bunun üçün yeni versiya gözləmək lazım gəlmir.

Ofis və sahə

Ofisdə qurulan qayda sahədə həmin an işləyir

DigiTayqa və TayqaSale eyni məlumatla işləyir. Müştərilər, məhsullar, qiymətlər, kampaniyalar və nəzarət qaydaları bir yerdə saxlanır.

  • Avtomatik üzləşdirməSahədə yığılan nağd pul ERP-də aid olduğu satışla özü üzləşir, heç nəyi əlavə daxil etmək lazım gəlmir.
  • İzlənən qaytarmalarSahədə qəbul edilən qaytarmalar təsdiqdən keçib ERP-yə düşür.
  • Dəyişikliklər dərhal sahəyə çatırOfisdə dəyişdirilən qiymət və kampaniya sahədəki tətbiqdə o an görünür.
Müştəri maliyyəsi hesabatı
Hesabatlar

Hazır hesabatlar, ayrıca data komandasına ehtiyac olmadan

  • Məhsul satışı analiziGəlir kartları, məhsul reytinqi, müştəri payı.
  • Əməkdaş və müştəri performansıGündəlik dinamika, top siyahılar, borc mənbələri.
  • Borc yaşlandırması və maliyyəVaxtı keçmiş və kritik borc, risk limiti, bloklama.
Müştəri performansı hesabatı
Suallar

Tez-tez verilən suallar

DigiTayqa üçün server lazımdırmı?

Xeyr. DigiTayqa buludda işləyir, server almağa və quraşdırmağa ehtiyac yoxdur.

DigiTayqa-nı TayqaSale olmadan işlətmək olarmı?

Bəli, həllərimizi ayrıca da, birlikdə də işlətmək olar. Birlikdə işləyəndə ofisdə qurulan qiymət, kampaniya və nəzarət qaydaları sahədə həmin an tətbiq olunur.

Artıq başqa ERP işlədiriksə, nə etməli?

Bu halda TayqaSale-i götürüb mövcud ERP-nizə qoşa bilərsiniz. SAP (üç ayrı inteqrasiya) və Logo Tiger ilə real layihələrdə işləmişik, 1C üçün hazır inteqrasiyamız yoxdur, lakin ümumi təyinatlı ERP inteqrasiya qatımız (REST API) var: istənilən ERP həlli ona özü qoşula bilər.

Modulları ayrı-ayrı götürmək olarmı?

Bəli. Lazım olan modullarla başlayın, şirkət böyüdükcə yenilərini əlavə edin.

Tətbiq nə qədər çəkir?

Tətbiq üç mərhələdə gedir: araşdırma və quraşdırma, tətbiq və təlim, istismara buraxılış. Adətən 2–4 həftə çəkir.

Qiymət necə müəyyən olunur?

Müzakirə və ilkin dəyərləndirmədən sonra kommersiya təklifi təqdim olunur.

Komandanın təlimi necə keçir?

Əvvəlcə administrator və əsas istifadəçilər, sonra sahə komandası təlim keçir, təlimçilərin təlimi də var. İstismara buraxılışdan sonra iki həftə intensiv dəstək göstərilir.

DigiTayqa-nı görün

Server almağa və quraşdırmağa ehtiyac yoxdur

DigiTayqa buludda işləyir. Lazım olan modullarla başlayın, şirkət böyüdükcə yenilərini əlavə edin.