FMCG distribusiyası üçün proqram təminatı

TayqaTech 2017-ci ildən distributor və istehsalçılar üçün satış, sahə və ofis əməliyyatlarını avtomatlaşdıran proqram təminatı hazırlayır.

Təməl2017Genişlənmə2018–22Enterprise2023–25Bu gün2026
50+aktiv şirkət
150+iri layihə
25inteqrasiya
Hekayəmiz

Bir satış tətbiqindən tam platformaya

TayqaTech 2017-ci ildə yaranıb. Elə həmin il ilk məhsulumuz TayqaSale ilk müştərimizdə işə düşdü. Onunla satış təmsilçiləri sifarişi telefondan qəbul edirdi.

2018–2022-ci illərdə sahə tapşırıqları, sorğu və çeklist modullarını əlavə etdik. 2023–2025-ci illərdə sahə aktivləri, iş idarəçiliyi və low-code alətləri hazırladıq, üç SAP inteqrasiyasını tamamladıq. Ofis əməliyyatları üçün isə DigiTayqa ERP sistemini yaratdıq.

Bu gün 50-dən çox şirkət gündəlik işini bizim sistemlərdə aparır.

Baxışımız

Regionda FMCG/CPG sektorunun ən etibarlı texnologiya partnyoru olmaq

Müştərilərimizlə birlikdə böyümək və onlarla illərlə işləmək istəyirik.

Dəyərlərimiz

Necə işləyirik

Sektor fokusu

Yalnız FMCG/CPG distribusiyası ilə işləyirik. Sistemlərimiz bu sahənin real iş qaydasına görə qurulub.

Tərəfdaşlıq

Layihə istismara buraxılışla bitmir. Hər müştərinin ayrılmış hesab meneceri və davamlı dəstəyi var.

Ölçülə bilən nəticə

Hər əməliyyat sistemdə iz qoyur. Nəticəni rəqəmlərlə ölçürük.

Etibar

Pul hərəkəti olan biznesdə təhlükəsizlik, audit izi və sabit iş birinci gəlir.

Tariximiz

2017-ci ildən məhsulu böyüdürük

Hər yeni modul müştərilərin real ehtiyacından yaranıb.

2017

Təməl

TayqaTech yarandı, satış tətbiqi ilk müştəridə işə düşdü. İlk strateji tərəfdaşlıqlar da bu il quruldu.

2018–2022

Genişlənmə

Sahə tapşırıqları, sorğu və çeklist modulları əlavə olundu.

2023–2025

Enterprise miqyas

Aktiv, iş idarəçiliyi və low-code modulları əlavə olundu. Üç ayrı SAP inteqrasiyasını tamamladıq.

2026

Bu gün

Ofis və sahə eyni platformada işləyir. İnterfeysi yenilədik, süni intellekt funksiyaları üzərində çalışırıq.

Fərqimiz

Niyə distributorlar bizi seçir

Distribusiya üçün qurulub

Van satışı, marşrut, kredit limiti və rəf icrası kimi distribusiyaya xas proseslər sistemdə hazır şəkildə var.

Sahədən ofisə birbaşa

Sahədə qəbul edilən ödəniş, qaytarma və sifariş ofis sisteminə özü düşür, heç kim onu yenidən yazmır.

Qaydaları özünüz qurursunuz

İş qaydalarını ayarlardan özünüz dəyişirsiniz, proqramçıya ehtiyac qalmır. Dəyişiklik yeni versiyanı gözləmədən işə düşür.

Sürətli inkişaf tempi

İldə 10-dan çox yeni versiya buraxırıq. Yol xəritəsini müştərilərin rəyinə görə qururuq, inteqrasiyalarımız real layihələrdə yoxlanılıb.

Gələcəyə baxış

Qarşıdakı yol xəritəmiz

Növbəti işlərimiz əsasən süni intellekt, analitika və istifadə rahatlığı ilə bağlıdır.

Tezliklə

Rəhbərlər üçün mobil tətbiq

Rəhbərlər hesabatları telefondan izləyə biləcək.

İşlənir

AI məsləhətçi və satış təklifləri

Hesabatlardan sualla məlumat almaq və satış tövsiyələri.

Planlaşdırılır

Vizual analitika

Sahə və sorğu məlumatları üçün qrafikli panellər.

Planlaşdırılır

AI anomaliya aşkarlanması

Satışda və sifarişlərdə qeyri-adi dəyişiklikləri tez tutmaq.

Yanaşmamız

Layihəni təhvil veririk, tərəfdaşlıq davam edir

Sistemi aydın mərhələlərlə qururuq, gündəlik iş isə dayanmır. İstismara buraxdıqdan sonra da onu sizinlə birlikdə inkişaf etdiririk.

Tətbiq

Üç mərhələdə istismara buraxılış

Hər layihə araşdırmadan başlayır. Sizin proseslərinizi başa düşmədən sistem qurmuruq.

MƏRHƏLƏ 01

Araşdırma və quraşdırma

  • Biznes tələbləri üzrə seminarlar
  • Proses təhlili
  • İstifadəçi rolu və icazə matrisi
  • Sistemin quraşdırılması və ERP inteqrasiyası
MƏRHƏLƏ 02

Tətbiq və təlim

  • İş axınlarının konfiqurasiyası
  • Komandanın adaptasiyası
  • Təlimçilərin təlimi
  • Administrator və əsas istifadəçi təlimi
MƏRHƏLƏ 03

İstismara buraxılış

  • Sahə komandasının təlimi
  • İki həftəlik intensiv dəstək
  • Tam tətbiq və layihənin təhvili
Dəstək modeli

İstismardan sonra da yanınızdayıq

Cavab müddətləri əvvəlcədən razılaşdırılır, sizinlə bir nəfər əlaqə saxlayır, mütəmadi olaraq birlikdə nəticələrə baxırıq.

SLA əsaslı helpdesk

Müraciətlər kritik, yüksək və standart prioritetə bölünür, onları mütəxəssislərimiz həll edir.

Ayrılmış hesab meneceri

Tətbiqdən gündəlik işə qədər bütün suallar üçün bir əlaqə şəxsi.

Müntəzəm yeniləmələr

İldə 10-dan çox versiya buraxırıq: yeni funksiyalar, modullar və təkmilləşdirmələr.

Bulud monitorinqi

Sistemin vəziyyətini, inteqrasiyaları və verilənlər bazasını daim izləyirik.

Uğur proqramı

Vebinarlar, fərdi təlimlər və tədbirlərlə komandanızın sistemdən tam istifadə etməsinə kömək edirik.

Dövri biznes baxışı

Sistemin necə mənimsənildiyinə, ROI-yə və yol xəritəsinin prioritetlərinə birlikdə baxırıq.

İnkişaf dövrü

Planlı buraxılışlar və təcili işlər üçün sürətli yol

Hər versiya beş mərhələdən keçir, keyfiyyət yol boyu yoxlanılır.

01

Tələb təhlili

Ehtiyacı və planı müəyyən edirik.

02

İnkişaf

Kodu unit testlərlə yazırıq.

03

Buraxılış və test

Hər versiyanı QA komandası yoxlayır.

04

Yerləşdirmə

Yeniləməni müştərilərə nəzarətlə yayırıq.

05

İstismar

İstifadəçi rəyi növbəti dövrə yön verir.

Sürətli yol: hesabat, iş axını və inteqrasiya kimi sorğuların çoxunu low-code alətlərimizlə, yeni versiyanı gözləmədən həll edirik.

Texnologiya və təhlükəsizlik

İnteqrasiya, miqyas və təhlükəsizlik üçün qurulub

Platforma illərdir real işdə yoxlanılmış texnologiyalar üzərində qurulub.

Rol əsaslı giriş

Hər interfeys elementi və əməliyyat icazə ilə qorunur.

Məlumat əhatəsi

Hər istifadəçi yalnız ona aid müştəri, ərazi və məhsulu görür.

Tam audit jurnalı

Hər əməliyyatda kimin nəyi, nə vaxt və harada etdiyi qeyd olunur.

Şifrələmə

Məlumatlar şifrələnərək qorunur.

REST API əsası

Daxili və xarici bütün inteqrasiyalar onun üzərində işləyir.

TayqaSale üçün ERP konnektorları

SAP, Logo Tiger, DigiTayqa və digər sistemlərlə real layihələrdə işləyən inteqrasiya.

Avtomatlaşdırma

Master məlumat sinxronizasiyası, cədvəlli hesabatlar, fon hesablamaları.

Müasir stek

Android (Java/Kotlin), .NET Core back-end, Angular veb portal.

Necə başlamaq

Sizə uyğun ilk addımı seçin

Canlı nümayiş

Sistemi sizin iş axınınıza oxşar ssenari və məlumatlarla göstəririk.

Nümayiş istəyin

Pilot / PoC

Kiçik komanda ilə real şəraitdə sınaq. Qərarı nəticələri gördükdən sonra verin.

Pilotu müzakirə edək

Texniki müzakirə

Arxitektura, inteqrasiya, təhlükəsizlik və istismar suallarını İT komandanızla müzakirə edirik.

Görüş təyin edin
Tanış olaq

Komandamızla görüşün

Biznesiniz və məqsədləriniz haqqında danışaq, sonra sizə nə uyğun gəldiyini birlikdə müəyyən edək.