TayqaTech

TayqaTech

TayqaTech MMC İnformasiya və Kommunikasiya Texnologiyaları sferasında yüksək keyfiyyətli texnoloji həllər təqdim edən yenilikçi bir şirkətdir. Peşəkar mütəxəssislərdən ibarət komandamız biznes mühitinin idarə olunması və səmərəliliyinin artırılması üçün optimal xidmətlər üzərində çalışır. Uzun araşdırmalar və çalışmalar nəticəsində şirkət tərəfindən bir sıra həllər hazırlanmışdır və daim yenilənməkdədir.

Ətraflı

Haqqımızda

TayqaTech – dünyanın qabaqcıl universitetlərində təhsil almış mütəxəssislərdən ibarət komanda ilə İnformasiya və Kommunikasiya texnologiyaları sferasında yüksək peşəkarlıqla professional fəaliyyət göstərən beynəlxalq şirkətdir. Bir sıra beynəlxalq şirkətlərlə əməkdaşlıq edən TayqaTech biznes mühitinin idarə olunması, nəzarət altına alınması və optimallaşdırılması üçün bir sıra peşəkar həllərin tətbiqi və xidmətlərin göstərilməsini həyata keçirir.

  Araşdırma

 Texnologiyaların dərin tədqiqatı ilə biznesə gətirilən yeniliklər

  Proqramlaşdırma

 Bir fikri məhsula çevirmək üçün müxtəlif platformalarda proqram təminatları

  İmplementasiya

 Həllərin yüksək ixtisaslı mütəxəssislər tərəfindən vaxtında və effektiv şəkildə həyata keçirilməsi

  Texniki dətək

 İşin stabilliyini qorumaq üçün etibarlı dəstək



Heyətimiz müvafiq biznes sahələri və İT sferasında dərin biliklərə sahib yüksək səviyyəli mütəxəssislərdən ibarətdir. Komandamız daim yüksək həvəslə və peşakarlıqla müştəri istəklərini texnoloji həllərə çevirir, müştərinin müvafiq texniki və biznes idarəetmə ehtiyaclarının təminatı üçün lazım olan dəstəyi göstərir.

Missiyamız, müştərilərimiz üçün proqram təminatının innovasiyasını təmin edən, biznes mühitini innovativ texnologiyaların tətbiqi ilə beynəlxalq standarlara uyğunlaşdıran və maksimal səviyyəyə çatdıran beynəlxalq əməkdaş olmaqdır.

Tarİxçə

2016

Mövcud şirkətlərin proqram təminatı innovasiyasının təmini üçün yüksək xidmətlər təklif edən komandamız aktiv fəaliyyətə başladı.

Mart 2017

Ölkənin aparıcı distribütorlarından biri – Avrora MMC ilə əməkdaşlığa başladıq. Və Avrora MMC ilə olan bu razılaşma tarixçəmizdə ilk və böyük əməkdaşlıq kimi yerini aldı.

May 2018

Davam edən uğurlarımızla yanaşı, xidmətlərimizi ölkə hüdudlarından kənara da daşıdıq və Türkiyənin iki böyük texnoloji şirkəti ilə əməkdaşlığa başladıq.

Avqust 2018

Avqust ayında əməkdaşlıqla yanaşı ilk beynəlxalq məhsul satışımızı gerçəkləşdirdik.

İyul 2019

TayqaSale platforması üzərində çalışan yeni “Çatdırılma İdarəetməsi” istifadəyə verildi.

Sentyabr 2019

Yeni həllimiz hazırlanıb istifadəyə verildi: “Sorğular İdarəetməsi”.

Dekabr 2019

“İş Planları İdarəetməsi” adlanan yeni məhsulumuz hazırlanaraq müştərilərimizə təqdim edildi.

2020 Yol xəritəmiz

TayqaSale platforması daha da inkişaf etdirilir. Cloud mühiti tezliklə istifadədə olacaq.

Biznes analitikası üçün yeni imkanlar əlavə edilir. Power BI aləti ilə çalışan hesabatlar tezliklə istifadədə olacaq.

Xİdmətlər

TayqaTech - informasiya texnologiyaları sahəsində şirkətlərin ehtiyac duyduğu aşağıda qeyd edilmiş xidmətlərin peşəkar səviyyədə göstərilməsini təmin edir.

ERP həllərin tətbiqi və texniki dəstək

ERP, adətən, bir çox biznes fəaliyyətindən əldə edilən məlumatları toplamaq, saxlamaq, idarə etmək və təhlil etmək üçün istifadə edilən bir müəssisə idarəetmə proqramıdır. Şirkətimiz dünyanın ən məşhur ERP sistemlərinin tətbiqi və dəstəyində sizin ən etibarlı tərəfdaşınızdır.

Logo - Şirkət idarəetməsində TigerEnterprise, TigerPlus və digər proqram təminatlarının qurulumu, şirkət üçün müvafiq özəlləşdirmələrin edilməsi, layihələndirilməsi, təlim və bilgiləndirmə mərhələsinin təşkili və tam texniki dəstəyin göstərilməsi.

İT Audit

Şirkətin informasiya texnologiyaları infrastrukturunun, siyasətinin və əməliyyatlarının araşdırılması və qiymətləndirilməsi, sistemlərin konsepsiya və implementasiyası kimi səbəblərdən qaynaqlanan riskli və zəif nöqtələrinin analizi, onların aradan qaldırılması və ya minimallaşdırılması üçün lazım olan tədbirlərin təklif olunması, korporativ dəyərləri qorumaq, məlumatların bütövlüyünü təmin etmək və biznesin ümumi məqsədləri ilə uyğunlaşdırılmasını müəyyənləşdirməyə xidmət edir.

İT Outsourcing

Şirkətlərin ehtiyacı olan İT həllərin və xidmətlərin müəyyən edilməsi, informasiya sistemlərinin professional səviyyədə qurulması, tətbiqi və texniki dəstəyinin həyata keçirilməsi.

Satış və distribütor şirkətlərin idarə olunmasında gərəkli olan bütün növ proqram təminatlarının (ERP, Satış prosesinin idarəetməsi, Daşıma prosesinin idarəetməsi və s.) təmini, tətbiqi və tam texniki dəstəyin göstərilməsi.

Məhsullar

Satış və Dağıtım İdarəetməsi


TayqaSale Sale & Distribution, Satış ve dağıtım sektorunda çalışan şirkətlərə satış işinin sistemli şəkildə idarə edilməsi, işçilərə nəzarət və buna bənzər bir çox imkanlar təqdim edən peşəkar bir həlldir.
  • TayqaSale Sale & Distribution-un bəzi xüsusiyyətləri:
    • Ziyarət, sifariş, geriqaytarma, satış (qaimə, faktura) və s. əməliyyatlar
    • Barkod və Printer dəstəyi
    • Genişləndirilmiş kataloq idarəetməsi
    • İnformativ və parametrik rut məhdudiyyəti
    • SKU əsaslı informativ plan və geriqaytarma limiti
    • Müştərinin rəf şəkillərini sistemə yükləmə və izləmə imkanı
    • Penetrasiya modulu (öz və rəqib məhsulların analizi)
    • Fərdi endirim və hədiyyə (faiz və məbləğ əsaslı limitləndirmə) təyin etmək imkanı

İş Planları İdarəetməsi


Əməkdaşların iş planlarının sistemli şəkildə idarə edilməsi və nəzarəti üçün proqram təminatı.

    • Əməkdaşlar üçün tapşırıqların hazırlanması
    • Xəritə və təqvim əsasında 1 dəfəlik və ya periodik tapşırıqların (task-ların) təhkim olunması
    • İş planındakı əməliyyat ardıcıllıqlarının və asılılıqlarının təyin edilməsi
    • Müxtəlif cür hesabatların əldə edilməsi
Powered by

Sorğu İdarəetməsi


Sorğuların peşakar formada həyata keçirilməsini təmin edən sistem.

    • Anonim və ya hər hansı bir müştəriyə aid sorğuların (check-list) sistemli şəkildə aparılması
    • Sorğu kataloqlarının idarəedicilər tərəfindən rahat şəkildə formalaşdırılması
    • Sorğular əsasında əməkdaşlar üçün avtomatik bal hesablama mexanizmi geniş hesabatların əldə olunması
Powered by

Çatdırılma İdarəetməsi


Sifarişlərin rahatlıqla çatdırılmasını və idarə edilməsini həyata keçirmək üçün profesional bir həll.
    • Çatdırılmaq üçün sifarişlərin qruplaşdırılaraq əməkdaşlara paylanması
    • Xəritə üzərində çatdırılmalara nəzarət
    • Çatdırılma zamanı barkod və printer dəstəyi
    • Lazımi hesabatların əldə olunması
Powered by

Referanslar

img

Veysəloğlu

img

Avrora

img

Azgranata

img

Meite

img

Aquavita

img

Vesta

img

Dübrar

img

KəhrizSu

img

VTrade

img

ÖzGədəbəy

img

Xırdalan Şərab

img

Ulduz

img

Ayan

img

VG

img

Hicaz

img

Avromak