TayqaTech MMC İnformasiya və Kommunikasiya Texnologiyaları sferasında yüksək keyfiyyətli texnoloji həllər təqdim edən yenilikçi bir şirkətdir. Peşəkar mütəxəssislərdən ibarət komandamız biznes mühitinin idarə olunması və səmərəliliyinin artırılması üçün optimal xidmətlər üzərində çalışır. Uzun araşdırmalar və çalışmalar nəticəsində şirkət tərəfindən bir sıra həllər hazırlanmışdır və daim yenilənməkdədir.
ƏtraflıTayqaTech – dünyanın qabaqcıl universitetlərində təhsil almış mütəxəssislərdən ibarət komanda ilə İnformasiya və Kommunikasiya texnologiyaları sferasında yüksək peşəkarlıqla professional fəaliyyət göstərən beynəlxalq şirkətdir. Bir sıra beynəlxalq şirkətlərlə əməkdaşlıq edən TayqaTech biznes mühitinin idarə olunması, nəzarət altına alınması və optimallaşdırılması üçün bir sıra peşəkar həllərin tətbiqi və xidmətlərin göstərilməsini həyata keçirir.
Araşdırma Texnologiyaların dərin tədqiqatı ilə biznesə gətirilən yeniliklər
Proqramlaşdırma Bir fikri məhsula çevirmək üçün müxtəlif platformalarda proqram təminatları
İmplementasiya Həllərin yüksək ixtisaslı mütəxəssislər tərəfindən vaxtında və effektiv şəkildə həyata keçirilməsi
Texniki dətək İşin stabilliyini qorumaq üçün etibarlı dəstək
Heyətimiz müvafiq biznes sahələri və İT sferasında dərin biliklərə sahib yüksək səviyyəli mütəxəssislərdən ibarətdir. Komandamız daim yüksək həvəslə və peşakarlıqla müştəri istəklərini texnoloji həllərə çevirir, müştərinin müvafiq texniki və biznes idarəetmə ehtiyaclarının təminatı üçün lazım olan dəstəyi göstərir.
Missiyamız, müştərilərimiz üçün proqram təminatının innovasiyasını təmin edən, biznes mühitini innovativ texnologiyaların tətbiqi ilə beynəlxalq standarlara uyğunlaşdıran və maksimal səviyyəyə çatdıran beynəlxalq əməkdaş olmaqdır.
Mövcud şirkətlərin proqram təminatı innovasiyasının təmini üçün yüksək xidmətlər təklif edən komandamız aktiv fəaliyyətə başladı.
Ölkənin aparıcı distribütorlarından biri – Avrora MMC ilə əməkdaşlığa başladıq. Və Avrora MMC ilə olan bu razılaşma tarixçəmizdə ilk və böyük əməkdaşlıq kimi yerini aldı.
Davam edən uğurlarımızla yanaşı, xidmətlərimizi ölkə hüdudlarından kənara da daşıdıq və Türkiyənin iki böyük texnoloji şirkəti ilə əməkdaşlığa başladıq.
Avqust ayında əməkdaşlıqla yanaşı ilk beynəlxalq məhsul satışımızı gerçəkləşdirdik.
TayqaSale platforması üzərində çalışan yeni “Çatdırılma İdarəetməsi” istifadəyə verildi.
Yeni həllimiz hazırlanıb istifadəyə verildi: “Sorğular İdarəetməsi”.
“İş Planları İdarəetməsi” adlanan yeni məhsulumuz hazırlanaraq müştərilərimizə təqdim edildi.
TayqaSale platforması daha da inkişaf etdirilir. Cloud mühiti tezliklə istifadədə olacaq.
Biznes analitikası üçün yeni imkanlar əlavə edilir. Power BI aləti ilə çalışan hesabatlar
tezliklə istifadədə olacaq.
TayqaTech - informasiya texnologiyaları sahəsində şirkətlərin ehtiyac duyduğu aşağıda qeyd edilmiş xidmətlərin peşəkar səviyyədə göstərilməsini təmin edir.
ERP, adətən, bir çox biznes fəaliyyətindən əldə edilən məlumatları toplamaq, saxlamaq, idarə etmək və təhlil etmək üçün istifadə edilən bir müəssisə idarəetmə proqramıdır. Şirkətimiz dünyanın ən məşhur ERP sistemlərinin tətbiqi və dəstəyində sizin ən etibarlı tərəfdaşınızdır.
Logo - Şirkət idarəetməsində TigerEnterprise, TigerPlus və digər proqram təminatlarının qurulumu, şirkət üçün müvafiq özəlləşdirmələrin edilməsi, layihələndirilməsi, təlim və bilgiləndirmə mərhələsinin təşkili və tam texniki dəstəyin göstərilməsi.
Şirkətin informasiya texnologiyaları infrastrukturunun, siyasətinin və əməliyyatlarının araşdırılması və qiymətləndirilməsi, sistemlərin konsepsiya və implementasiyası kimi səbəblərdən qaynaqlanan riskli və zəif nöqtələrinin analizi, onların aradan qaldırılması və ya minimallaşdırılması üçün lazım olan tədbirlərin təklif olunması, korporativ dəyərləri qorumaq, məlumatların bütövlüyünü təmin etmək və biznesin ümumi məqsədləri ilə uyğunlaşdırılmasını müəyyənləşdirməyə xidmət edir.
Şirkətlərin ehtiyacı olan İT həllərin və xidmətlərin müəyyən edilməsi, informasiya sistemlərinin professional səviyyədə qurulması, tətbiqi və texniki dəstəyinin həyata keçirilməsi.
Satış və distribütor şirkətlərin idarə olunmasında gərəkli olan bütün növ proqram təminatlarının (ERP, Satış prosesinin idarəetməsi, Daşıma prosesinin idarəetməsi və s.) təmini, tətbiqi və tam texniki dəstəyin göstərilməsi.